Ronaldo Mişel Platiniyə jest etdi - VİDEO
21.12.2014 - 15:17
Ronaldo Mişel Platiniyə jest etdi - VİDEO

Ötən gecə klublar arası dünya kuboku başa çatıb. Apasport.az saytının məlumatına görə, “Real”ın 2:0 hesabı ilə “San-Lorenso”ya qalib gəldiyi görüşdən sonra maraqlı hadisə baş verib.

 

Belə ki, Madrid təmsilçisinə medal və kubokun təqdim olunma mərasimi zamanı “Kral klubu”nun hücumçusu Kriştianu Ronaldo UEFA prezidenti Mişel Platiniyə jest edib. Portuqaliyalı oyunçu ali futbbol qurumunun rəhbərinin əlini sıxmayıb.

 

Qeyd edək ki, Platini bir müddət əvvəl müsahibəsində “Qızıl top”u dünya çempionu olan Almaniya millisinin futbolçularından birinin alması ifadəsini işlətmişdi. Ronaldo da onun bu sözlərindən sonra Mişelin üzünə belə baxmayıb. 

0