[b]Qurban Qurbanov: Onun bizimlə müqaviləsi var[/b]
21.12.2014 - 18:41
[b]Qurban Qurbanov: Onun bizimlə müqaviləsi var[/b]

“Yaxşı oyun alındı. Futbolçular çox yorulub”. Apasport.az saytının məlumatına görə, bu sözlər “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova məxsusdu.

 

Təcrübəli çalışdırıcı Topaz Premyer Liqasının XVIII turu çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda “Sumqayıt” üzərində qazanılan qələbədən (2:0) danışıb:  “Buna baxmayaraq, oyunu düzgün qurmağa çalışdıq. “Sumqayıt” elə bir komandadır ki, qol vurmadan meydançadan çıxmır. Onlar liderlərə qarşı yaxşı çıxış edir. Bizə qarşı oyunda da belə oldu. Düşünürəm ki, oyunçularım istirahəti gözləyirdilər. Qış fasiləsinə gedərkən deməliyəm ki, yaxşı nəticələrimiz oldu. Futbolçularıma, azarkeşlərə, jurnalistlərə təşəkkür edirəm. İnnosent Emeqaranın durumuna gəlincə, onun transfer hüququ bizə məxsusdu. Hazırda anasının yanında olan futbolçu barədə düşünəcəyik. Onun bizimlə müqaviləsi var. Mənə vaxt lazımdı ki, Emeqara barədə qərar verim. Düşünmürəm ki, klubdan ayrılsın. Məsələni düşünməliyəm”.(pfl) 

0