Mahir Şükürov ehtiyatda qaldı
21.12.2014 - 20:25
Mahir Şükürov ehtiyatda qaldı

Millimizin müdafiəçisi Mahir Şükürovun formasını geyindiyi “Karşıyaka” Türkiyə PTT I liqasının XIV turu çərçivəsində növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, təmsilçimizin komandası doğma publika önündə “Alanyaspor”la qarşılaşıb.

 

Görüşdə “Karşıyaka” minimal hesablı qələbəyə sevinib - 1:0.

 

Bu matçda Mahir “18-liy”ə daxil edilsə də, meydana çıxmayıb.

 

Qeyd edək ki, 14 oyundan sonra “Karşıyaka” 21 xalla turnir cədvəlinin 7-ci pilləsində yer alır. 

0