[b]“Azərbaycanda çox yaxşı şərtlər altında işləyirəm”[/b]
22.12.2014 - 10:15
[b]“Azərbaycanda çox yaxşı şərtlər altında işləyirəm”[/b]

“Neftçi”də mütləq nəticə verməlisən, bu barədə böyük təzyiq var. Amma əsas odu ki, sənin işini qiymətləndirib, hörmət edirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi” klubunun fiziki hazırlıq üzrə məşqçisi Karmel Barbulesku deyib.

 

Rumıniya mətbuatına “Neftçi” və Azərbaycan futbolu ilə bağlı danışan çalışdırıcı razılığını dilə gətirib. Barbulesku futbolumuzun çatışmayan cəhətini də açıqlayıb: “Gizlətməyə ehtiyac yoxdu, Azərbaycan futbolunun maddi vəziyyəti məni qane edir. Burda çox yaxşı şərtlər altında işləyirəm. Yeganə çatışmazlıq odu ki, Azərbaycan çempionatının oyunlarına çox azarkeş gəlmir. Bununla belə, matçlar gərgin və maraqlı keçir. Azərbaycan Premyer Liqasında daha çox güc futbolu oynanılır”.

 

0