“Hannover”in futbolçusu millimizə lazım olmadı
22.12.2014 - 13:03
“Hannover”in futbolçusu millimizə lazım olmadı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, Almaniyanın “Hannover” klubunda çıxış edən Benhur Kama milinin heyətindən çıxarılıb.

 

Milliləşən legioner dekabrın 24-dən 31-dək Bakıda keçiriləcək təlim-məşq toplanışında iştirak etməyəcək. Onun əvəzinə toplanışa “Neftçi”nin üzvü Emil Həsənzadə dəvət olunub.

 

 

0