[b]Elnur Abdullayev “Xəzər Lənkəran”dan cavab gözləyir[/b]
22.12.2014 - 15:57
[b]Elnur Abdullayev “Xəzər Lənkəran”dan cavab gözləyir[/b]

“Klubla müqaviləmin müddəti başa çatıb. Bu komandada qalıb-qalmayacağımı hələ bilmirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Elnur Abdullayev deyib.

 

Cənub təmsilçisi ilə anlaşmasını hələ də yeniləməyən vitse-kapitan komandadan ayrıla biləcəyi ehtimalını istisna etməyib: “Rəhbərlik mənə xəbər edəcəyini demişdi. Hələlik danışıqlara çağırmayıblar. Düzdü, ölkə daxilində digər klublardan təkliflər var. Amma öncə “Xəzər Lənkəran”la görüşməliyəm. Yəqin ki, sabah görüşüb bu məsələyə aydınlıq gətirəcəyik”.

 

Qeyd edək ki, Abdullayev 2011-ci ildən “Xəzər Lənkəran”ın formasını geyinir.

0