[b]Kim gəlir, kim gedir? - YENİLƏNİB[/b]
03.02.2015 - 09:50
[b]Kim gəlir, kim gedir? - YENİLƏNİB[/b]

 

Avropanın digər ölkələrində olduğu kimi, Azərbaycanda da qış “transfer pəncərəsi” rəsmən bağlandı. Apasport.az saytının məlumatına görə, adətən qış fasiləsində ciddi dəyişikliklər olmadığından, Topaz Premyer Liqasının bəzi komandaları bu dəfə də transfer dönəmini səssiz keçirdilər.

 

Son çempion “Qarabağ” heç bir transfer həyata keçirməyən yeganə komanda oldu. İddialılardan yalnız “Qəbələ” üçün bu fasilə hərəkətli keçdi. “Xəzər Lənkəran” isə heyətini “təmizləməklə” diqqət çəkdi.

 

“Transfer pəncərəsi” bağlansa da, komandalar heyətlərini yenə də gücləndirmək imkanına malik olacaqlar. Ancaq bundan sonra yalnız azad agent statusu daşıyan futbolçular istənilən klubla müqavilə bağlaya bilərlər. Biz isə elita klublarının yekun transferlərini və yola saldıqları futbolçuların adlarını təqdim edirik.

 

“Qarabağ”

Gələn: Yoxdu

Gedən: İnnosent Emeqara (“San Xose Ertkveyks”, ABŞ)

Müqaviləsinin müddətini artıranlar: Çumbinyo, İbrahim Şehiç

 

“İnter”

Gələnlər: Əfran İsmayılov ("Xəzər Lənkəran"), Yussef Fenniç (“Zvolle”, Hollandiya), Ruben Şaken (“Feyenord”, Hollandiya), Tural Hümmətov (“Araz Naxçıvan”)

Gedən: Mirzağa Hüseynpur (“Simurq”, icarəyə)

 

“Neftçi”

Gələnlər: Aqil Məmmədov, Rəhman Hacıyev, Əziz Quliyev (hamısı “Bakı”), Rauf Əliyev (“Xəzər Lənkəran”),

Gedənlər: Emil Balayev (“Ayntraxt” Frankfurt, Almaniya), Nicat Qurbanov (AZAL, icarəyə), Elçin Sadıqov (“Bakı”, icarəyə), Elnur Allahverdiyev

 

“Simurq”

Gələnlər: Elnur Abdullayev ("Xəzər Lənkəran"), Xuan Alvarado (“Erqotelis”, Yunanıstan), Mirzağa Hüseynpur (“İnter”, icarəyə), Cihan Özkara (“Sivasspor”, Türkiyə)

Gedənlər: Məhərrəm Hüseynov (“Rəvan”), Lukas Tresnak, Murad Səttarlı

Müqaviləsinin müddətini artıran: Benjamin Lambot

 

“Xəzər Lənkəran”

Gələn: Elbrus Məmmədov (baş məşqçi)

Gedənlər: Oğuz Çətin (baş məşqçi), Deyan Blajevski ("Vardar", Makedoniya), Rəşad Sadiqov ("Qəbələ), Elnur Abdullayev (“Simurq”), Əfran İsmayılov (“İnter”), Aleksandr Şemonayev (AZAL), Rauf Əliyev (“Neftçi”), Uğur Pamuk ("Sumqayıt"), Qalin İvanov (“Samsunspor”, Türkiyə), Fernando Qabriel (“Persepolis”, İran), Tieqo de Xesus, Cahangir Həsənzadə, Vanderson Skarduelli

 

“Qəbələ”

Gələnlər: Roman Qriqorçuk (baş məşqçi); Rəşad Sadiqov ("Xəzər Lənkəran"), Aleksey Qay, Dmitri Bezotosnı, Ruslan Fomin, Mixail Sivakov (hamısı “Çernomorets”, Ukrayna), Ruslan Abışov (“Rubin”, Rusiya, icarəyə)

Gedənlər: Dorinel Muntyanu (baş məşqçi), Tərzin Cahangirov (“Sumqayıt”, icarəyə), Yazalde Pinto ("Jil Visente", Portuqaliya), Kamran Ağayev (“Kayserispor”, Türkiyə), Markinyoş Karioka

 

AZAL

Gələnlər: Ruslan Nəsirli, Azər Məmmədov (hər ikisi “Araz Naxçıvan”), Aleksandr Şemonayev (“Xəzər Lənkəran”), Nicat Qurbanov (“Neftçi”, icarəyə), Valeri Kutsenko (“Dauqava”, Latviya)

Gedənlər: Adil Nağıyev (“Zirə”, icarəyə), Orxan Səfiyaroğlu (“Qaradağ Lökbatan”), Tomi Kostadinov (“Minyor”, Bolqarıstan), Təmkin Xəlilzadə, Asif Mirili, Tural Nərimanov, Con Kordoba

 

“Sumqayıt”

Gələnlər: Uğur Pamuk (“Xəzər Lənkəran”), Tərzin Cahangirov (“Qəbələ”, icarəyə), Mikayıl Rəhimov ("Bakı"), Pərdis Fərcad-Azad

Gedənlər: Tərlan Əhmədli (“Zirə”, icarəyə), Ramazan Abbasov (“Bakı”), Ceyhun Cavadov (“Rəvan”, icarədən qayıdıb), Kiyan Sultanpur (“Viktoriya", Almaniya), Fərid Quliyev, Şəhriyar Xəlilov, Tagim Novruzov
Müqaviləsinin müddətini artıran: Bəxtiyar Həsənalızadə

 

“Bakı”

Gələnlər: Rəhman Hacıyev (“Qaziantep BB”, Türkiyə, icarədən qayıdıb), Ramazan Abbasov (“Sumqayıt”), Kamil Nurəhmədov (“Rəvan”), Elçin Sadıqov (“Neftçi”, icarəyə), Qvanzan Məhəmmədov (“Zirə”)

Gedənlər: Aqil Məmmədov, Rəhman Hacıyev, Əziz Quliyev (hamısı “Neftçi”), Yure Travner (“Ridinq”, İngiltərə), Risto Ristoviç (“Larisa”, Yunanıstan), Mikayıl Rəhimov (“Sumqayıt”), Elvin Əliyev (“Rəvan”), Lukas Mario Horvat

 

0