Teymur Rəcəbovdan 2 heç-heçə
12.01.2015 - 10:12
Teymur Rəcəbovdan 2 heç-heçə

Hollandiyanın Veyk-an-Zee şəhərində keçirilən şahmat üzrə ənənəvi beynəlxalq turnirə start verilib. Apasport.az saytının məlumatına görə, yarışda Azərbaycanı təmsil edən Teymur Rəcəbov ilk 2 turu heç-heçə ilə başa vurub.

 

Qrossmeysterimiz Lyuk Van Veli (Hollandiya) və Vasili İvançukla (Ukrayna) xalları yarı bölüb. O, bu gün keçiriləcək III turda Maksim Vaşye-Laqrevlə (Fransa) münasibətinə aydınlıq gətirəcək.

 

Turnir cədvəli: Fabiano Karuana (İtaliya) – 2 xal; Vaşye-Laqrev, İvançuk – 1,5; Levon Aronyan (Ermənistan), Aniş Qiri (Hollandiya), Maqnus Karlsen (Norveç), Uesli So (ABŞ), Rəcəbov, Din Lijyen (Çin), Van Veli, Radoslav Vojtaşek (Polşa) – hamısı 1 xal; İvan Şariç (Xorvatiya), Baadur Jobava (Gürcüstan), Hou İfan (Çin) – 0,5

 

Qeyd edək ki, analoji yarışda sonuncu dəfə Teymur Rəcəbovla, mərhum Vüqar Həşimov mübarizə aparmışdı. 2012-ci ildə baş tutan həmin turnirdə Rəcəbov 2-4-cü yerləri bölüşmüş, Həşimov isə 10-12-ci yerlərə şərik olmuşdu.

0