[b]“Ardıcıl 3-cü qələbəyə iddialıyıq” - bolqarıstanlı məşqçi[/b]
26.05.2018 - 10:05
[b]“Ardıcıl 3-cü qələbəyə iddialıyıq” - bolqarıstanlı məşqçi[/b]

“1-ci yer uğrunda döyüş başladı. Biz hər oyundan sonra yalnız qarşıdakı matçı düşünürük”. Apasport.az saytının məlumatına görə, bu sözləri qadınlardan ibarət Bolqarıstan millisinin baş məşqçisi İvan Petkov deyib.

 

O, Qızıl Avropa Liqasının Azərbaycanla bu gün keçiriləcək matçı barədə fikirlərini açıqlayıb: “İndi də Azərbaycanla matça köklənmişik. Bu yığma çox yaxşı komandadı. Aydın məsələdi ki, bizim üçün çətin oyun olacaq. Lakin yetirmələrimə inanıram. Ardıcıl 3-cü qələbəyə iddialıyıq. Bu matç çox vacibdi. Ona görə də qalib gəlməkdən ötrü hər şey edəcəyik”.

0