[b]Avro-2017: İlk 2 pley-off cütü müəyyənləşdi[/b]
25.09.2017 - 09:51
[b]Avro-2017: İlk 2 pley-off cütü müəyyənləşdi[/b]

Azərbaycan və Gürcüstanda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında pley-off mərhələsinin ilk 2 cütü müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Tiflis və Göygöldə qrup mərhələsi başa çatdığından 4 komanda rəqibini tanıyıb.

 

Belə ki, B qrupunun ikincisi Belarus 1/4 final üçün D qrupunun üçüncüsü olan Çexiya ilə üz-üzə gələcək. Digər cütdə isə Hollandiya və Xorvatiya güclünü müəyyənləşdirəcək. “Narıncılar” D qrupunu ikinci yerdə bitirdikləri halda, rəqibləri B qrupunda üçüncü olub.

 

Hər 2 görüş sentyabrın 26-da olacaq.

 

B qrupunun birincisi İtaliya və D qrupun qalibi Serbiya isə birbaşa 1/4 finala vəsiqə qazanıb. Onların rəqibləri isə A və C qrupunun ikinci və ya üçüncüləri arasında baş tutacaq pley-off matçlarında bilinəcək. Bu qrupların oyunlarına bu gün yekun vurulacaq. 

0