29 Sentyabr 22:03 Avro-2017: Türkiyə yarımfinalda! - YENİLƏNİB
TOP OYUNLARI xəbərləri 29 Sentyabr 22:03
6417 baxış

Avro-2017: Türkiyə yarımfinalda! - YENİLƏNİB

Bakıda keçirilən qadın voleybolçular arasında Avropa çempionatında bu gün 1/4 final mərhələsi başa çatıb. Apasport.az saytının məlumatına görə, mərhələnin son görüşündə Rusiya Türkiyə ilə qarşılaşıb.

 

Qarşılaşmadan əvvəl Rusiya nisbətən üstün hesab olunsa da, qardaş ölkənin komandası rəqibinə heç bir şans verməyib. Çempionata zəif başlayan "ay-ulduzlular" rəqibini set vermədən məğlub edərək yarımfinala adlayıb.

 

Komanda final yolunda Serbiya ilə üz-üzə gələcək.

 

Avro-2017

1/4 final mərhələsi

29 sentyabr

 

Rusiya - Türkiyə - 0:3 (25:27, 18:25, 21:25)

 

 

Xəbər lenti