[b]Azərbaycan çempionu yeni oyunçu sifariş etdi[/b]
13.01.2018 - 16:37
[b]Azərbaycan çempionu yeni oyunçu sifariş etdi[/b]

Kişi voleybolçulardan ibarət “Lokomotiv” klubu “Çelenc Cup”ın 1/8 final mərhələsi çərçivəsində “Olimpiakos”la keçirəcəyi ilk oyun üçün heyətini açıqlayıb. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalov Yunanıstanda baş tutacaq matç üçün 14 oyunçu sifariş edib.

 

Gənc mütəxəssis Pirey səfərində debütanta da şans verə bilər. Belə ki, Ruslan Əliyev komandada yer alsa da, adı avrokubok siyahısına yeni salınıb.

 

Yəni “Lokomotiv” bunadək 13 voleybolçu sifariş edirdisə, bu dəfə onların sayını 14-ə çatdırıb.

 

Azərbaycan çempionu yanvarın 17-də baş tutacaq qarşılaşmada Vüqar Bayramov, Abbas Cəfəri, Murad Abdurazakov, Əli Maqomedov, Andrey Vasilenko, Rəsul İbrahimov, Pərviz Səmədov, Dmitri Obodnikov, Asif Əliyev, Aleksey Çervyakov, İvan Kazaçkov, Dmitri Baranov, Ruslan Əliyev və Kənan Allahverdiyevə güvənəcək.

 

0