Azərbaycan voleybolçuları Türkiyə Superliqasının yarımfinalında oynayacaqlar - FOTO
17.04.2008 - 09:39
Azərbaycan voleybolçuları Türkiyə Superliqasının yarımfinalında oynayacaqlar - FOTO
Bakı. Kənan Həsənov – APA-Sport. Türkiyə voleybol Superliqasında ¼ final mərhələsinin oyunları başa çatıb. “APA-Sport” agentliyinin məlumatına görə, Azərbaycan milli komandasının kapitanı Oksana Quliyeva ilə libero Valeriya Korotenkonun icarə əsasında çıxış etdiyi “Fənərbaxça Acibadem” klubu yarımfinala yüksəlib. İlk oyunda səfərdə “Beşiktaş”ı məğlub edən həmyerlilərimizin komandası cavab görüşündə də qalib gəlib – 3:1. O.Quliyeva bu görüşdə iştirak etməyib, əsas heyətdə mübarizə aparan V.Korotenkonun oyunu isə üç ulduzla qiymətləndirilib. “Fənərbaxça Acibadem” yarımfinalda “Türk Telekom”la qarşılaşacaq. Yığmamızın sabiq üzvü İnessa Qorxmazın şərəfini qoruduğu “Əczaçıbaşı Zentiva” klubu da ardıcıl iki oyunda “Marmaris Bələdiyyəsi”ni məğlub edib. Meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatan həlledici oyunda İ.Qorxmaz iştirak etməyib. “Əczaçıbaşı Zentiva” ½ finalda “Vakıfbank Günəş Sığorta” klubu ilə oynayacaq.





0