[b]“Azərbaycanla oyunadək gücümüzü bərpa etməliyik” - FOTO[/b]
28.09.2017 - 14:03
[b]“Azərbaycanla oyunadək gücümüzü bərpa etməliyik” - FOTO[/b]

“Oyuna bizə yaraşmayan tərzdə başladıq. Lakin az sonra toparlana bildik”. Apasport.az saytının məlumatına görə, bunu Almaniya millisinin voleybolçusu Luiza Lippmann deyib.

 

23 yaşlı hücumçu Azərbaycan və Gürcüstanda keçirilən Avropa çempionatı ilə bağlı fikirlərini açıqlayıb. O, öncə pley-off mərhələsində Bolqarıstana 3:2 hesablı qələbələrini şərh edib: “Öz oyunumuzu tapdıqdan sonra matç gah bizim, gah da rəqibin üstünlüyü ilə keçdi. 5-ci setdə hər top uğrunda mübarizə aparıb, istəyimizə çatdıq. Bu qələbə ilə növbəti mərhələyə yüksəldik. Qarşılaşmada biz daha güclü idik və daha yaxşı oynadıq. Meydanda özümüzü çox yaxşı tərəfdən göstərdik”.

 

1/4 finalda Azərbaycan yığması ilə oynayacaq almaniyalı bildirib ki, sabahkı görüşdə daha yaxşı çıxış etməyə çalışacaqlar: “İndi istirahət edib, Azərbaycanla oyunadək gücümüzü bərpa etməliyik. Belə güclü rəqiblə mübarizə apara biləcəyimizi də sübut etdik. Əgər cümə günü də bu günki kimi oynayıb, qalib gəlsək, buna sevinmək olar”.

 

Qeyd edək ki, Almaniya qrup mərhələsində Azərbaycana 1:3 hesabı ilə məğlub olub. 

0