[b]Azərbaycanlı hakim Çempionlar Liqasında[/b]
01.12.2017 - 10:34
[b]Azərbaycanlı hakim Çempionlar Liqasında[/b]

Avropa Voleybol Konfederasiyası (CEV) azərbaycanlı hakim Eldar Zülfüqarova növbəti təyinat göndərib. Apasport.az saytının məlumatına görə, həmyerlimiz Çempionlar Liqasının I turunda iş başında olacaq.

 

Zülfüqarov Novosibirskdə kişi voleybolçular arasında baş tutacaq “Lokomotiv” (Rusiya) – “Dinamo” (Rusiya) matçında ikinci hakim olacaq. O, dekabrın 7-nə təsadüf edəcək görüşdə belaruslu Yuri Bakunoviçə köməklik edəcək.

 

0