9 Mart 17:53 “Azərreyl” paytaxtın ən güclüsü oldu
TOP OYUNLARI xəbərləri 9 Mart 17:53
435 baxış

“Azərreyl” paytaxtın ən güclüsü oldu

Qadın voleybolçular arasında keçirilən Bakı birinciliyi başa çatıb. Apasport.az saytının məlumatına görə, 7 komandanın iştirakı ilə təşkil olunan yarışın qalibi adını “Azərreyl” qazanıb.

 

Dairəvi sistemlə keçirilən yarışda “Xətai-1” gümüş medallara sahib olduğu halda, “Lokomotiv” ilk “üçlüy”ü qapayıb.

 

Komandalara medallarla yanaşı, diplomlar da təqdim olunub. Mükafatlandırma mərasimində Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev də iştirak edib.

Xəbər lenti