3 Oktyabr 12:31 Bakıda bitən karyera: Gənclərə yol vermək lazımdı
TOP OYUNLARI xəbərləri 3 Oktyabr 12:31
1028 baxış

Bakıda bitən karyera: Gənclərə yol vermək lazımdı

Türkiyə millisinin voleybolçusu Gözde Kırdar yığma karyerasını başa vurub. Apasport.az saytının məlumatına görə, 32 yaşlı hücumçu Avropa çempionatında Azərbaycanla oyunun “ay-ulduzlu” formada son görüşü olduğunu açıqlayıb.

 

Millisinin kapitanı bildirib ki, artıq gənclərə yer verməyin zamanıdı: “Bakıdakı görüşlər bizim üçün çox çətin keçdi. Bürünc medal ölkəmiz, bizim üçün vacib idi. Komandamla qürur duyuram. Amma Azərbaycanla qarşılaşma millidə son matçımdı. Bu üzdən də karyerama medalla son qoyduğum üçün çox xoşbəxtəm”.

 

Qeyd edək ki, Türkiyə Avropa çempionatında 3-cü yer uğrunda görüşdə Azərbaycana 3:0 hesabı ilə qalib gələrək, bürünc medala yiyələnib. 

Xəbər lenti

Xəbər lenti