25 May 18:54 Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı
TOP OYUNLARI xəbərləri 25 May 18:54
532 baxış

Bolqarıstan Azərbaycanla oyun üçün heyətini açıqladı

Qadın voleybolçulardan ibarət Bolqarıstan millisinin Qızıl Avropa Liqasında Azərbaycanla oyun üçün heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandanın baş məşqçisi İvan Petkov yığmamızla sabah keçirəcəkləri görüşdə güvənəcəyi “14-lüy”ü müəyyənləşdirib.

 

Mütəxəssis demək olar ki, əsasən gənc oyunçulara şans verəcək.

 

Bolqarıstan millisinin heyəti

Toppaylayıcılar: 7. Lora Kitipova, 8. Petya Barakova;
Blokçular: 2. Nasya Dimitrova, 11. Xristina Ruseva, 10. Mira Todorova, 17. Borislava Saykova;
Hücumçular: 12. Mariya Karakaşeva, 1. Qerqana Dimitrova, 19. Aleksandra Milanova, 18. Silvana Çauşeva, 9. Monika Krsteva, 4. Veselina Qriqorova;
Liberolar: 15. Jana Todorova, 3. Kristiana Petrova.

 

Qeyd edək ki, Bolqarıstan Azərbaycan yığmasını Sofiyada qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 18:00-da başlayacaq.

Xəbər lenti