[b]Cüdoçumuz Mərakeşə yollanır[/b]
01.11.2017 - 14:43
[b]Cüdoçumuz Mərakeşə yollanır[/b]

Noyabrın 11-də Mərakeşdə cüdo üzrə açıq dünya çempionatı start götürəcək. Apasport.az saytının məlumatına görə, 2 gün davam edəcək yarışda Azərbaycan da təmsil olunacaq.

 

Yığmamızın məşqçilər korpusu çempionatda 1 idmançımızın iştirakını məqsədəuyğun hesab edib. Bu səbəbdən də Mərakeşdə ölkəmizin idman şərəfini İrina Kindzerska (+78 kq) qoruyacaq.

 

Yarış üçün hələlik 27 ölkədən 58 idmançı sifariş edilib. 

0