[b]“Fənərbaxça”: Əvvəl Azərbaycan çempionu, ardınca kubok[/b]
03.01.2017 - 16:40
[b]“Fənərbaxça”: Əvvəl Azərbaycan çempionu, ardınca kubok[/b]

Qadın voleybolçular arasında Türkiyə kubokunun final mərhələsinin vaxtı dəqiqləşib. Apasport.az saytının məlumatına görə, 8 komandanın mübarizə aparacağı oyunlar yanvarın 15-də start götürəcək.

 

Çempionlar Liqasında “Azərreyl”in rəqibi olan “Fənərbaxça” həmin gün “Sarıyer Bələdiyyəspor”la üz-üzə gələcək. Ankarada baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:30-da başlayacaq.

 

Digər cütlərdə “Vakıfbank” “Nilüfer Bələdiyyəspor”la, “Qalatasaray” “Bursa BB” ilə və “Əczaçıbaşı” “Halkbank”la qarşılaşacaq. Qaliblər ertəsi gün yarımfinalda üz-üzə gələcəklər. Yanvarın 17-də isə çempion müəyyənləşəcək.

 

Qeyd edək ki, “Fənərbaxça” kubok matçlarından öncə “Azərreyl”lə oynayacaq. İstanbul təmsilçisi Azərbaycan çempionu yanvarın 11-də qəbul edəcək.

 

0