17 Oktyabr 09:23 Kseniya Poznyakın komandası yenə uduzdu
TOP OYUNLARI xəbərləri 17 Oktyabr 09:23
336 baxış

Kseniya Poznyakın komandası yenə uduzdu

Qadın voleybolçular arasında Rusiya Superliqasında II turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, yığmamızın blokçusu Kseniya Poznyakın (Koçyıgıt) formasını geyindiyi “Leninqradka” “Yenisey”i qəbul edib.

 

Görüş təmsilçimizin komandası üçün yenə də məğlubiyyətlə yekunlaşıb. “Leninqradka” yalnız ilk setdə qələbə qazana bilib - 1:3 (25:22, 20:25, 25:27, 23:25).

 

Beləliklə, II turdan sonra Sankt-Peterburq təmsilçisi 10 komanda arasında 9-cudu. Onlar hələ xalsızdılar. Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su isə 3 xalla 5-cidi.

 

 

Xəbər lenti