[b]"Lebron Ceymsə kömək edə bilərəm" - İbrahimoviç[/b]
25.07.2018 - 18:49
[b]"Lebron Ceymsə kömək edə bilərəm" - İbrahimoviç[/b]

“Bir çox idman növü ilə məşğul olmuşam. Topla əlaqəli olanlarda fenomenalam”. Bu sözlər “Los Anceles Qalaksi” klubunun hücmuçusu Zlatan İbrahimoviçə məxsusdu.

 

Apasport.az saytının ESPN-ə istinadən məlumatına görə, isveçli hücumçu Lebron Ceymsə və komandası “Los-Anceles Leykers”ə kömək etməyə hazır olduğunu bildirib: “Basketbolçu olsam, heç bir problemsiz Lebronla birlikdə oynayardım. Əgər yardımıma ehtiyacları varsa, indi də kömək edə bilərəm”.

 

İbrahimoviç həmçinin Lebronla arasında bənzərliklər olduğunu qeyd edib: “Etdiklərinə və onları yerinə yetirmə formasına görə o, möhtəşəm idmançıdı. Bunu özümdən bilirəm: iri olsam da, balaca ninja kimi hərəkət edirəm. O da eynisini edir”.

 

Qeyd edək ki, ulduz basketbolçu Lebron Ceyms yeni mövsümdən etibarən “Los-Anceles Leykers” forması geyəcək.

0