2 Sentyabr 21:34 Millimizin rəqibi Türkiyə qarşısında aciz qaldı
TOP OYUNLARI xəbərləri 2 Sentyabr 21:34
590 baxış

Millimizin rəqibi Türkiyə qarşısında aciz qaldı

Azərbaycan və Gürcüstanın birgə ev sahibliyi edəcəyi voleybol üzrə qadınlar arasında Avropa çempionatında millimizin rəqiblərindən biri olan Almaniya yığması hazırlıq oyunu keçirib. Apasport.az saytının məlumatına görə, “bundestim” Türkiyə millisi ilə qarşılaşıb.

 

Görüş “ay-ulduzlular”ın 5:0 hesablı qələbəsi ilə başa çatıb. Belə ki, ilk 3 setdə qələbə qazanan qardaş ölkə yığması sonradan əlavə olaraq oynanan iki setdə də rəqibinə şans verməyib – 25:21, 25:22, 25:22, 26:24, 15:7.

 

Qeyd edək ki, millimz Avropa çempionatının C qrupunda Almaniya, Polşa və Macarıstanla mübarizə aparacaq. Azərbaycan – Almaniya matçı sentyabrın 25-də baş tutacaq.

Xəbər lenti