[b]Natalya Məmmədova Çempionlar Liqasına qələbə ilə başladı[/b]
14.12.2017 - 09:00
Qadın voleybolçular arasında Çempionlar Liqasında növbəti oyunlar keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin voleybolçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su I tur çərçivəsində Bolqarıstanın “Maritsa” klubunun qonağı olub.
Qarşılaşma Rusiya təmsilçisinin asan qələbəsi ilə başa çatıb. “Dinamo” hər 3 setdə rəqibindən üstün olub – 3:0 (25:19, 25:23, 25:23).
Məmmədova matçda 12 xal toplayıb.
0
0