17 Aprel 09:22 Natalya Məmmədova finala məğlubiyyətlə başladı
TOP OYUNLARI xəbərləri 17 Aprel 09:22
178 baxış

Natalya Məmmədova finala məğlubiyyətlə başladı

Qadın voleybolçular arasında Rusiya Superliqasında final mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan millisinin hücumçusu Natalya Məmmədovanın şərəfini qoruduğu Kazan “Dinamo”su həlledici görüşdə Moskva “Dinamo”su ilə üz-üzə gəlib.

 

Tatarıstanın paytaxtında baş tutan görüş təmsilçimizin komandası üçün uğursuz alınıb. Kazanlılar ilk dueldə 0:3 (23:25, 20:25, 22:25) hesabı ilə məğlub olublar. Məmmədova görüşdə 4 xal yığıb.

 

Komandalar arasında ikinci görüş bu gün olacaq. Bu matç da Kazanda keçiriləcək.

Xəbər lenti