[b]NBA: "Hyuston" və "Qolden Steyt" konfrans finalının bir addımlığında - VİDEO[/b]
07.05.2018 - 09:30
[b]NBA: "Hyuston" və "Qolden Steyt" konfrans finalının bir addımlığında - VİDEO[/b]

Milli Basketbol Assosiasiyanın (NBA) çempionatında konfrans yarımfinalları davam edir. Apasport.az saytının məlumatına görə, növbəti oyun günündə 2 qarşılaşma keçirilib.

 

Qərb konfransında müntəzəm çempionatı lider kimi tamamlayan "Hyuston Rokets" səfərdə "Yuta Caz" üzərində növbəti qələbəsini qazanıb. Son çempion "Qolden Steyt Vorriorz" isə "Nyu-Orlean Pelikans"ı məğlub edib. Seriyalarda "Hyuston" və "Qolden Steyt"in 3:1 hesablı üstünlükləri var. Daha bir qələbə qazanacaqları təqdirdə, hər iki komanda Qərb konfransının finalına yüksələcək.

 

NBA

Pley-off

Qərb konfransı, yarımfinal

"Nyu-Orlean Pelikans" - "Qolden Steyt Vorriorz" - 92:118

"Nyu-Orlean": Deyvis (26 xal, 12 ribaund, 1 assist, 2 blok, 1 top oğurlama).

"Qolden Steyt": Durant (38 xal, 9 ribaund, 5 assist, 1 top oğurlama, 1 blok)

Seriyada hesab - 3:1 ("Qolden Steyt")

 

"Yuta Caz" - "Hyuston Rokets" - 87:100

"Yuta": Mitçell (25 xal, 9 ribaund, 2 assist, 4 top oğurlama)

"Hyuston": Pol (27 xal, 12 ribaund, 6 assist, 2 top oğurlama, 1 blok)

Seriyada hesab: 3-1 ("Hyuston")

0