[b]NBA: “Klivlend Kavalyers”dən “comeback” siqnalı - VİDEO[/b]
20.05.2018 - 12:43
[b]NBA: “Klivlend Kavalyers”dən “comeback” siqnalı - VİDEO[/b]

Milli Basketbol Assosiasiyasının (NBA) çempionatında pley-off mərhələsi davam edir. Apasport.az saytının məlumatına görə, Şərq konfransı final seriyasında 3-cü görüş keçirilib.

 

“Klivlend Kavalyers” “Boston Seltiks”i qəbul edib. İlk iki martçı evdə keçirən və qələbə qazanan bostonlular üstünlüyü tam ələ almaq üçün səfərdə də qələbə qazanmaq əzmində idilər. Amma doğma meydan amilindən yaxşı yararlanan “Kavs” böyük üstünlüklə qələbə qazanıb – 116:86.

 

Seriyada fərqi azaldan “Klivlend”in qələbəsində bu dəfə Lebron Ceyms əsas rol oynayıb. “Kral” qələbəyə 27 xal, 5 ribaund və 12 ötürmə ilə töhvə verib. Kevin Lav isə 13 xal və 14 ribaund ilə “dabl-dabl” edərək qələbədə pay sahibi olub. “Klivlend”in türk basketbolçusu Cedi Osman da görüşün iştirakçısı olub. Osman 6 dəqiqə meydanda olmaqla 3 xal, 1 ötürmə və 1 top qapma ilə statisitikalarda özünə yer edib.

 

“Boston Seltiks”in heyətində isə Ceyson Tatum komandasının ən çox xal yığan oyunçusu olub. Onun 18 xalı məğlubiyyətdən qaçmağa bəs etməyib. Terri Rozier 13 xal və 3 ribaund, Ceylen Braun isə 10 xal toplayıb.

 

Qeyd edək ki, Şərq konfransının final seriyasının 4-cü matçı mayın 22-də “Klivlend Kavalyers”in meydanında oynanılacaq.

 

NBA

Pley-off

Şərq konfransı, final (3-cü matç)

 

“Klivlend Kavalyers” – “Boston Seltiks” – 116:86

 

“Klivlend”: Lebron Ceyms (27 xal, 5 ribaund, 12 ötürmə), Kevin Lav (13 xal, 14 ribaund)

“Boston”: Ceyson Tatum (18 xal), Terri Rozier (13 xal, 3 ribaund), Ceylen Braun (10 xal)

 

 

0