[b]NBA: Türkiyəli “Klivlend”ə lazım deyil[/b]
13.04.2018 - 16:26
[b]NBA: Türkiyəli “Klivlend”ə lazım deyil[/b]

NBA komandalarından “Klivlend Kavalyers”in baş məşqçisi Tayron Lu zədəli basketbolçuların məşqlərə qayıtmasından faydalanacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, amerikalı mütəxəssis pley-offda rotasiyalı şəkildə 10 basketbolçunun xidmətindən istifadə etmək niyyətindədi.

 

Lebron Ceyms, Kevin Lav, Ceff Qrin və Corc Hillin ilk “beşlik”də olacağı dəqiqdi. Rodni Hud - Kayl Korver ikilisindən hansının əsas heyətdə meydana çıxacağı bəlli deyil.

 

Ehtiyat oyunçuların siyahısı isə belədi: Cey Ar Smit, Lerri Nens, Cordan Klarkson, Xose Kalderon, həmçinin Rodni Hud və ya Kayl Korver.

 

Cedi Osman və Tristan Tompsonun adlarının siyahıya daxil edilməməsi diqqət çəkib.

 

Qeyd edək ki, “Kavalyers” pley-offun ilk turunda “İndiana Peysers”lə qarşılaşacaq.

0