[b]Ölkə prezidenti və ailəsi millimizin oyununda[/b]
30.09.2017 - 19:18
[b]Ölkə prezidenti və ailəsi millimizin oyununda[/b]

Azərbaycanda keçirilən qadın voleybolçular arasında Avropa çempionatının ilk yarımfinal görüşü davam edir. Apasport.az saytının məlumatına görə, Milli Gimnastika Arenasında keçirilən oyunda Azərbaycan milli komandası finala vəsiqə uğrunda Niderland millisi ilə qarşılaşır.

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri komandamızın oyununa baxırlar.

 

Qeyd edək ki, yarımfinal mərhələsinin digər matçı saat 20:30-da start götürəcək. Türkiyə yığması güclü Serbiya kollektivi ilə finala vəsiqə uğrunda yarışacaq.

0