6 Noyabr 09:39 Yelizaveta Səmədova yenə ehtiyatda qaldı
TOP OYUNLARI xəbərləri 6 Noyabr 09:39
1834 baxış

Yelizaveta Səmədova yenə ehtiyatda qaldı

Qadın voleybolçular arasında İtaliya A seriyasında IV turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, tur çərçivəsində Azərbaycan millisinin hücumçusu Yelizaveta Səmədovanın formasını geyindiyi “Skandiççi” “Firentse”nin qonağı olub.

 

Qarşılaşma təmsilçimizin komandasının 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Səmədova ilk 3 turda olduğu kimi bu dəfə də meydana buraxılmayıb. Komandanın baş məşqçisi Karlo Parisinin voleybolçumuza etimad göstərməməsi Azərbaycan çempionunun heç də lehinə deyil. Çünki potensial vəd edən Yelizaveta növbəti görüşlərdə də forma geyinməyəcəyi halda, heç də formasını qoruya bilməyəcək. Əvəzində onunla yanaşı, yığmamız da əziyyət çəkəcək.

 

Qeyd edək ki, aktivində 12 xal olan “Skandiççi” 2-ci pillədə qərarlaşıb. 

Xəbər lenti

Xəbər lenti