[b]Yığmamız həmişə qalib gəldiyi rəqiblə üz-üzə - AFİŞA[/b]
22.05.2018 - 11:18
[b]Yığmamız həmişə qalib gəldiyi rəqiblə üz-üzə - AFİŞA[/b]

Sabah qadın voleybolçular arasında Qızıl Avropa Liqasında II turun oyunları keçiriləcək. Apasport.az saytının məlumatına görə, A qrupunda yer alan Azərbaycan yığması bu dəfə də doğma azarkeşlər qarşısında meydana çıxacaq.

 

İlk turda Ukraynaya 3:1 hesabı ilə qalib gələn Faiq Qarayevin yetirmələrinin rəqibi Portuqaliya voleybolçuları olacaq. Komandamız görüşdə aşkar favoritdi. Yığmamızın rəqibə nəinki xal, heç set verəcəyi də gözlənilmir. Çünki təmsilçimiz bu rəqibi həmişə Bakıdan məğlub yola salıb.

 

Qızıl Avropa Liqasında əsasən gənclərə güvənən baş məşqçinin bu oyunda ehtiyat qüvvəyə də şans verəcəyi proqnozlaşdırılır. Çünki qitəmiqyaslı turnir dünya çempionatı öncəsi komandamız üçün son rəsmi sınaqdı.

 

Lakin Portuqaliya millisinin də asanlıqla uduzacağı inandırıcı deyil. Polşa, İsveçrə və İspaniyadan legionerləri olan komanda Bolqarıstana “quru hesablı” məğlubiyyətdən sonra Bakıda sensasiya etmək arzusundadı.

 

Qrupumuzun digər qarşılaşmasında isə Bolqarıstan Ukraynanı qəbul edəcək. Bu matçda da ev sahibləri şanslıdı. Lakin ukraynalıların ən azı 1 xal qazanması istisna olunmur.

 

Qızıl Avropa Liqası

II tur

23 may

18:00. Azərbaycan – Portuqaliya

Hakimlər: Saadettin Deneri (Türkiyə), Fikrət Axundov (Azərbaycan)

Bakı, Voleybol Mərkəzi

 

Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15.Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.

 

Portuqaliya: 5. Eliana Durao, 8. Vanessa Rodriques, 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto, 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas, 11. Yoana Resende.

 

 

19:30. Bolqarıstan – Ukrayna

Hakimlər: Katarjina Sokol (Polşa), Konstantin Yovçev (Bolqarıstan)

Sofiya, Xristo Botev Sarayı

 

 

0