[b]Yığmamızın hücumçusu Fransada ən yaxşı oldu[/b]
13.11.2017 - 11:37
[b]Yığmamızın hücumçusu Fransada ən yaxşı oldu[/b]

Fransa çempionatında V turun oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının hücumçusu Anastasiya Qurbanova şərəfini qoruduğu “Venel” doğma meydançada “Quimper” komandasına qalib gəlib.

 

3:0 hesab ilə başa çatan oyunda Qurbanova 18 xal toplayıb. O, matçın komandasının ən məhsuldar oyunçusu da adına yiyələnib.

5 turdan sonra “Venel” 8-ci yerdə qərarlaşıb, komandanın 6 xalı var.

0