Musab Məmmədtağıyev Avropa birinciliyində 3 qızıl medal qazandı
23.08.2026 - 21:43
Azərbaycanın ağırlıqqaldıranı Musab Məmmədtağıyev Priştinada keçirilən U15 və yeniyetmələrin Avropa birinciliyində 3 qızıl medal qazanıb.
Apasport.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən atlet birdən qaldırmada 124 kq nəticə göstərərək birinci olub.
Məmmədtağıyev təkanla qaldırmada 145 kq çəkini ram edərək ikinci qızıl medalını qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən atlet toplamda da Avropa birinciliyinin qalibi olub.
Qeyd edək ki, Musab Məmmədtağıyev ikinci yeri tutan Hayk Movsisyanı 17 kq qabaqlayıb.
- Almaniyalı mütəxəssis Azərbaycanın atletika məşqçiləri üçün seminar keçib
- Fəxrəddin Allahverdiyev Avropa birinciliyində 3 gümüş medal qazanıb
- Təmsilçimiz Avropa birinciliyində bürünc medal qazanıb
- İsa Hüseynov Avropa birinciliyində 3 bürünc medal qazanıb
- Məhəmməd Rüstəmli Avropa birinciliyində 3 medal qazanıb
0
0