Aprel ayının 14-15-i aralığında konkur üzrə “Bahar Kuboku" turniri keçiriləcək.
Apasport.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Atçılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Novxanı qəsəbəsindəki “Sərhədçi” Atçılıq Mərkəzində təşkil olunacaq yarışda qələbə uğrunda “Omar”, “Sərhədçi”, “Murad” və “Elite” klublarını, həmçinin Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı mübarizə aparacaq.
İdmançılar 3 kateqoriyada: hündürlüyü 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) olan maneələrin dəf olunmasında yarışacaqlar.
Qeyd edək ki, hər nominasiyada ilk 5 yeri tutacaq iştirakçılara mükafatlar təqdim olunacaq.
- Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”
- “Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
- “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib
- “Çimərlik Polosu See Breeze 2026“ turniri keçiriləcək - VİDEO
- Bişkek ŞƏT tədbirlərinə və Çövkən oyunlarına hazırlaşır