“Sea Breeze 2026”da bürünc medalın sahibi müəyyənləşib
13.09.2026 - 17:33
Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə “Sea Breeze 2026” beynəlxalq turnirində üçüncü yerin sahibi müəyyənləşib.
Apasport.az xəbər verir ki, üçüncü yer uğrunda qarşılaşmada “Red Star” (Böyük Britaniya) və “Moscow Polo Club” (Rusiya) komandaları üz-üzə gəliblər.
Böyük Britaniya təmsilçisi rəqibini 9:5 hesabı ilə məğlub edib.Bununla da “Red Star” turnirin bürünc medalına sahib olub.
Qeyd edək ki, yarışın finalında Azərbaycanı təmsil edən “Elite Polo Club” İsveçrənin “Sankt Moritz” komandası ilə qarşılaşacaq.
0
0