Azərbaycanın qarüstü polo komandası “Azerbaijan - Land of Fire" İsveçrədə keçirilən Dünya Kubokunda ikinci yeri tutub.
Apasport.az xəbər verir ki, bu barədə Atçılıq Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Azərbaycan təmsilçisi 6 komandanın iştirak etdiyi turnirin finalında İsveçrə təmsilçisi "The Kusnacht Practice"lə üz-üzə gəlib və 4,5:5 hesabı ilə məğlub olub.
Millinin heyətində kapitan Elçin Camallı, Adrian Laplakette, Raul Laplakette, Tərlan Qurbanəliyev və Əli Rzayev yer alıb.
Qeyd dək ki, Dünya Kuboku bitdikdən sonra Azərbaycan komandasının üzvləri müxtəlif xatirə hədiyyələri ilə təltif olunub.
- Reto Qaudenzi: “Bakı artıq Mayami kimi məşhur turnirlərə ev sahibliyi edir”
- “Sea Breeze 2026”nın ilk oyununda qalib bəlli olub
- “Sea Breeze 2026” beynəlxalq çimərlik polosu turnirinə start verilib
- “Çimərlik Polosu See Breeze 2026“ turniri keçiriləcək - VİDEO
- Bişkek ŞƏT tədbirlərinə və Çövkən oyunlarına hazırlaşır