Almaniya - Danimarka oyunu bərpa olundu - YENİLƏNİB
30.06.2024 - 00:09
Almaniya - Danimarka oyunu bərpa olundu  - YENİLƏNİB

AVRO-2024-də 1/8 final mərhələsinin Almaniya - Danimarka görüşü yarımçıq dayandırılıb.

Apasport.az xəbər verir ki, buna səbəb pis hava şəraiti olub.

Güclü yağış və şimşək çaxması üzündən baş hakim Maykl Oliver komandaları soyunub-geyinmə otağına göndərib.


***
 

00:02

Almaniya - Danimarka matçı güclü yağış səbəbindən 1-ci hissədə yarımçıq dayandırılıb.

Apasport.az xəbər verir ki, hava şəraiti yumşalandan sonra matç qaldığı yerdən bərpa olunub. 

0