AVRO-2024: Yarımfinal və finalın topu təqdim olundu
08.07.2024 - 23:46
AVRO-2024: Yarımfinal və finalın topu təqdim olundu

UEFA Almaniyada keçirilən Avropa çempionatının yarımfinal və final görüşlərində istifadə olunacaq topun fotosunu təqdim edib.

Apasport.az xəbər verir ki, "Adidas" şirkətinin hazırladığı top yenilənmiş vizual elementləri özündə əks etdirir.

Qeyd edək ki, AVRO-2024-ün yarımfinal görüşləri çərçivəsində iyulun 9-da İspaniya - Fransa, 10-da isə Niderland - İngiltərə görüşləri keçiriləcək.

0