İngiltərə-Serbiya matçından sonra Kosovodan UEFA-ya şikayət
17.06.2024 - 17:52
İngiltərə-Serbiya matçından sonra Kosovodan UEFA-ya şikayət

Avropa çempionatının İngiltərə-Serbiya matçından sonra Kosova serbləri UEFA-ya şikayət edib. 

Apasport.az xəbər verir ki, Kosova serb azarkeşlərin ölkələrinə qarşı "siyasi, şovinist və irqçi mesajlar ehtiva edən bayraqlar, şüarlar nümayiş etdirdikləri" səbəbi ilə şikayət edib.

Bəyanatda AVRO 2024 kimi böyük tədbirdə Kosovo dövlətinə qarşı çağırışların millətçi qruplar üçün motivasiya mənbəyi olduğu və bölgənin kövrək təhlükəsizliyini təhdid etdiyi vurğulanıb və təşkilatçılardan gələcək matçlarda belə pankartların nümayiş etdirilməməsi üçün diqqətli olmaları istənilib.

Bəyannamədə başqa bir şəxsə və ya ölkəyə qarşı nifrət fəlsəfəsi daşıyan insanların futbol meydançalarına buraxılmaması çağırışı edilib

AVRO-2024-ün C qrupunda dünən keçirilən Serbiya - İngiltərə matçı İngiltərənin 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

0