İrfan Can və Barış Alper Yılmaz millinin məşqini buraxdı
17.06.2024 - 15:24
İrfan Can və Barış Alper Yılmaz millinin məşqini buraxdı

2024-cü il Avropa Futbol Çempionatının ilk oyununda Gürcüstanla qarşılaşacaq Türkiyə millisi hazırlıqlarını davam etdirir.

Apasport.az xəbər verir ki, Vinçenso Montellanın rəhbərliyi altında baş tutan məşq mətbuata qapalı keçirilib.

Hələ müalicəsi davam edən İrfan Can Kahveci məşqə buraxdığı halda, Barış Alper Yılmaz ehtiyat məqsədilə məşqə qatılmayıb.

Dünənki məşqə ehtiyat məqsədilə qatılmayan İsmail Yüksek bu gün komanda ilə hazırlıqları davam etdirib. 

Qeyd edək ki, iyunun 18-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

0