Hidayət Heydərov 1/8 finalda - YENİLƏNİR
06.10.2026 - 12:25
Hidayət Heydərov 1/8 finalda - YENİLƏNİR

Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycan millisinin üzvü Hidayət Heydərov növbəti qələbəsini qazanıb.

Apasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionu ilk görüşündə kosovolu Akil Qyakova qalib gələrək 1/16 finala yüksəlib.

H.Heydərоv bu mərhələdə finlandiyalı Valtteri Olini də məğlub edərək adını 1/8 finala yazdırıb.

Cüdoçumuz növbəti mərhələdə italiyalı Covanni Espozito ilə qarşılaşacaq.