Almanlara son dəqiqə şoku - YENİLƏNİB
05.07.2024 - 22:36
Almanlara son dəqiqə şoku - YENİLƏNİB

Avropa çempionatının favoritləri hesab edilən İspaniya və Almaniya 1/4 finalda üz-üzə gəlib. 

Apasport.az xəbər verir ki, Ştutqartda baş tutan qarşılaşma olduqca dramatik keçib.

Britaniyalı referi Entoni Teylorun idarə etdiyi matçda hesabı ispanlar açıb. Lamalın pasından sonra Olmo topu qapıdan keçirib. 

Əsas vaxtın son dəqiqələrində almanlar məğlubiyyətdən yaxa qurtara bilib. Florian Virtz matçı uzatmaya aparan qolu vurub. 

Hər kəsin oyunun penaltilər seriyasını gedəcəyini gözlədiyi anda, 119-cu dəqiqədə Mikel Merino səhnəyə çıxıb. 

Merino başla vurduğu qolla komandasının adını yarımfinala yazdırıb. 

Beləliklə, ev sahibi Almaniya mübarizəni 1/4 final mərhələsində dayandırıb İspaniya isə yarımfinalda Portuqaliya - Fransa matçının qalibi ilə qarşılaşacaq.

AVRO-2024

1/4 final

5 iyul

20:00. İspaniya - Almaniya 2:1 

Qol: Olmo, 51. Merino, 119 - Virtz, 89

Baş hakim: Entoni Teylor (İngiltərə).

Ştutqart, "MHP Arena".

0