İspaniyanın qapısına niyə penalti təyin olunmadı?
06.07.2024 - 00:06
İspaniyanın qapısına niyə penalti təyin olunmadı?

Almaniyada keçirilən Avropa Çempionatında İspaniya və Almaniya arasında 1/4 final matçında, ispan müdafiəçi Mark Kukurellanın topa əllə toxunuşu penalti ilə nəticələnməməsi mübahisələrə səbəb olub.

Apasport.az xəbər verir ki, əlavə vaxtın ikinci yarısında Camal Musialanın zərbəsi Kukurellanın biləyinə dəyib, bütün alman oyunçular, o cümlədən baş məşqçi Yulian Nagelsmann penalti üçün şiddətlə etiraz ediblər.

Hakim Entoni Teylor isə qulaqcıqla hakimlər briqadası ilə söhbət etdikdən sonra nöqtə zərbəsi təyin etmədən başını tərpədib. 

Niyə Kukurellanın əllə oyunu qayda pozuntusu kimi qeydə alınmadı? 

Top Kukurellanın bədənindən uzaq olan əlinə dəysə də, hakim oyunçunun çiyninin aşağı, üzü digər tərəfdə olduğu üçün penalti verməmək qərarına gəlinib.

1