Keyn Avropa çempionatında rekorda imza atıb
17.06.2024 - 14:18
Keyn Avropa çempionatında rekorda imza atıb

İngiltərə millisinin mərkəzi hücumçusu Herri Keyn Serbiya ilə oyunda dünya və Avropa çempionatında milli komanda rekorduna imza atıb.

Apasport.az "Opta Sports"a istinadla xəbər verir ki, hücumçu keçirilən qarşılaşmaların sayına görə rekord qırıb.

Serblərlə görüş Herri üçün böyük turnirlərdə 23-cü matç oldu. O, bu göstərici ilə keçmiş müdafiəçi Eşli Kolu keçib.

Xatırladaq ki, İngiltərə - Serbiya matçı ingilislərin 1:0 hesablı minimal hesablı qələbəsi ilə başa çatıb. İlk hissədə yeganə qolu yarımmüdafiəçi Cud Bellingem vurub.

0