Mbappe AVRO-2024-ün qrup mərhələsini buraxacaq
18.06.2024 - 10:28
Mbappe AVRO-2024-ün qrup mərhələsini buraxacaq

Fransa yığmasının hücumçusu Kilian Mbappe Avropa çempionatının qrup mərhələsində Avstriya ilə görüşdə (1:0) burnunu sındırıb.

Apasport.az “Le Figaro”ya istinadla xəbər verir ki, 25 yaşlı forvard həkim müayinəsindən keçib. 

Tibbi yoxlamadan sonra məlum olub ki, Kilianın əməliyyata ehtiyacı olmayacaq, o, maskada oynayacaq.

Həmçinin hücumçunun Avropa çempionatının qrup mərhələsinin qalan oyunlarını buraxacağı və meydana yalnız pley-off mərhələsində çıxa biləcəyi bildirilib.

Qeyd edək ki, Avstriya ilə oyunda fransalı Kilian Mbappe Danso ilə toqquşduqdan sonra oyunu davam etdirə bilməyib və Jiru ilə əvəzlənib. Ulduz futbolçunun burnu qırılıb.
 

 

0