Niderlandlı ulduz Avro-2024-də oynamayacaq
11.06.2024 - 11:56
Niderlandlı ulduz Avro-2024-də oynamayacaq

La Liqa təmsilçilərindən "Barselona"nın və Niderland millisinin yarımmüdafiəçisi Frenki de Yonq zədələnib. 

Apasport.az xəbər verir ki, niderlandlı futbolçu bu səbəblə AVRO-2024-ü buraxacaq. 

Futbolçu sosial media hesabında zədəsini belə şərh edib: 

“Avropa çempionatında oynaya bilməyəcəyim üçün çox üzülürəm. Əlimizdən gələni etdik, amma topuğun bərpası üçün daha çox vaxt lazımdır. İndi azarkeşlərimizlə birlikdə komandaya dəstək olacağam”.

Avropa çempionatında Niderland millisi Fransa, Avstriya və Polşa milliləri ilə eyni qrupda çıxış edəcək. Mötəbər turnir iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək.

0