Türkiyə millisi 12 ildən sonra Gürcüstanla qarşılaşacaq - Statistika
18.06.2024 - 10:18
Türkiyə millisi 12 ildən sonra Gürcüstanla qarşılaşacaq - Statistika

Futbol üzrə Avropa çempionatında mübarizəyə bu gün başlayacaq Türkiyə millisi Gürcüstanla qarşılaşacaq. 

Apasport.az xəbər verir ki, bu, iki ölkənin yığma komandalarının üz-üzə gələcəyi 4-cü rəsmi matç olacaq. 

Daha əvvəl 5 dəfə qarşı-qarşıya gələn komandalar arasında 3 rəsmi, 2 qeyri-rəsmi görüş baş tutub. 

"Aypara-ulduzlu" komanda bu görüşlərdə rəqibinə 12 qol vurub, 5 top buraxıb. Son oyununu 24 may 2012-ci ildə Zalsburqda keçirən iki komanda 12 ildən sonra yenidən üz-üzə gələcək.

Türkiyə millisi iki komanda arasında keçirilən matçlardan 3 qələbə, 1 dəfə məğlubiyyətlə ayrılıb. Bir matçda isə qalib müəyyənləşməyib. 

Qeyd edək ki, Türkiyə və Gürcüstan arasında keçiriləcək matç Bakı vaxtilə 20:00-da start götürəcək.

0