“Qrats çox xoşuma gəldi. Burda yaxşı atmosfer var idi”.
Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan millisinin üzvü Yekaterina Ryabova deyib.
Avstriyanın Qrats şəhərində keçirilən fiqurlu konkisürmə üzrə Avropa çempionatında 6-cı olan təmsilçimiz nəticəsindən razı qalıb: “Təəssüf ki, arenada o qədər də çox tamaşaçı yeri yox idi. Amma gələnlər fəal şəkildə bütün konkisürənləri dəstəkləyirdilər. Çıxışıma gəlincə, qısa proqramdan razı qaldım. Sərbəst çıxış haqda bunu deyə bilmərəm. Flip hərəkətində kobud səhv elədim. Bunun üzərində çalışacağam. Həmçinin sürüşmək, daha emosional olmaq üçün işləyəcəyəm. Mənə elə gəlir ki, ötən mövsümlə müqayisədə çox güclü artırmışam. Avropa çempionatında 6-cı olduğum üçün çox şadam. İşləyib çalışacağam ki, bundan sonra da inkişaf edim”.
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"