"Titul sponsorluğu ilə bağlı danışıqlar davam edir. İki ay ərzində hər şey dəqiqləşəcək".
Apasport.az saytının məlumatına görə, bunu Bakı Şəhər Halqası Əməliyyat şirkətinin Kommersiya şöbəsinin rəhbəri Bülent Özərdim deyib.
O, Azərbaycan Qran-prisinə hazırlıqla bağlı keçirilən mətbuat konfransında bildirib ki, əsas hədəfləri tamaşaçı sayını artırmaqdır: "Endirimli bilet satışı bitir. Hələlik Azərbaycandan bilet alışı çox deyil. Bu günə kimi, satılan biletlərin 81 faizi xarici ölkə vətəndaşlarına satılıb. Məqsədimiz azarkeş sayını artırmaq olduğundan tribunalarda da dəyişikliklərin olmasını planlaşdırırıq".
- Azərbaycan üzgüçüləri Bakıdakı Dünya Kubokunun təsnifat mərhələsində çıxış ediblər
- Şose velosipedi üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan təmsilçiləri bəlli olub
- AMADA Londonda keçirilən beynəlxalq konfransda təmsil olunub
- "İpək Yolu" Dünya Kubokunun rəsmi maskotları təqdim olunub
- "Bildiyimiz bir şey var idi: Bura Qarabağdır, bura bizimdir və biz bu torpaqları geri qaytarmalıyıq"