“Formula-1” tarixinin 10 ən yaxşı pilotunun siyahısı açıqlanıb.
Apasport.az saytının məlumatına görə, Böyük Britaniyanın “Top Gear” nəşrinin tərtib etdiyi “onluğ”a əsasən ən titullu sürücülər düşüb.
Lakin heç vaxt çempion olmayan britaniyalı Stirliq Moss istisna təşkil edib. Əvəzində dördqat dünya çempionu Sebastyan Fettellə hərəyə üç uğuru olan Nelson Pike və Cek Brebhem kənarda qalıb. Fernando Alonso və Cim Klark isə iki titulla siyahıya daxil edilib.
Qeyd edək ki, 10 ən yaxşı pilot yerlər üzrə sıralanmayıb.
Luis Hamilton – 6 qat dünya çempionu
Xuan-Manuel Fanxio – 5 qat dünya çempionu
Cim Klark – 2 qat dünya çempionu
Ayrton Senna – 3 qat dünya çempionu
Mixael Şumaxer – 7 qat dünya çempionu
Ceki Stüart – 3 qat dünya çempionu
Stirlinq Moss – 4 qat dünya vitse-çempionu
Alen Prost – 4 qat dünya çempionu
Niki Lauda – 3 qat dünya çempionu
Fernando Alonso – 2 qat dünya çempionu
- Azərbaycan kamandan oxatanları Avropa çempionatında mübarizə aparacaqlar
- Azərbaycan atıcısı Avropa Kubokunda qızıl medal qazanıb
- AMADA antidopinq üzrə sertifikatlı mütəxəssislərin hazırlanmasına başlayıb
- Qubada "Dağçılıq və Təbiət Turniri - Qrız 2026" təşkil edilib - FOTO
- Azərbaycan Üzgüçülük Federasiyası rekordçu Cəmil Əliyevə sertifikat təqdim edib